“Arif Paşa:”Artıq döyüşün təşkili və idarə olunması Elbrus Orucovun əlində idi...”
Keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşayev sabiq müdafiə naziri Rəhim Qazıyev və tanınmış Qarabağ qazisi Camal Əhmədovun ötən həftə “Kanal R” “You tube” kanalında Laçın alayının buraxılması və 1994-cü ildə MTN-dən məlum qaçışın detallarına dair debatındakı bəzi məqamlarla bağlı “Facebook”da sərt müraciət yayımlayıb.Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:
“Rəhim Qazıyev, Camal Əhmədov və Laçının isgalı ilə maraqlanan , təhqiqat aparan hər kəsə!!!! Camal Əhmədov və Rəhim Qazıyevin debatinda Lacın alayının ləğvi ilə əlaqədar Camal Əhmədovun verdiyi suala Rəhim Qazıyev belə cavab verir:
”Mən 30 aprel 1992-ci il tarixli əmrin icrasını dayandırdim, amma bu, kifayət qədər boyuk ruh yüksəkliyi yaratdı".
Bu qədər ağ yalanmı olar, Rəhim Qazıyev?!! Əmrin icrasını dayandırmışdınsa burada niyə ruh düskünlüyü yaranmaliydi??? Axı sən “Lacın-Suşa məhkəməsində" dedin ki, əmrin icrasındakı Laçın alayının ləğvi məsələsini indi bildin, bundan xəbərin olmayıb!!! Bəs əmrin icrasını dayandırmışdınsa, əlində sənin və Şahin Musayevin imzaladıgı əmrlə gəlib mənim istənilən prosesə mudaxiləmi MƏHZ BU ƏMRƏ(!!!) istinad edərək qəbul etməyən Elbrus Orucovun Lacında nə işi vardı??? Mənim "Azadlıq" qəzetində 1992-1993-cu illərdə Laçının isgalı ilə əlaqədar verdiyim məqalələri, Rəhim bəylə üz-üzə oturmağın çox şeyləri üzə çıxarardı,-deyə israrlı cagırışlarımı unutdunmu??? Əmrin silah-sursatı Laçınlı döyüşçülərdən alıb anbara yığmaq kimi XƏYANƏTKAR və Lacın əhalisinin məhvinə hesablanmış bəndinin icrasını mənim iradəm(!!!) dayandırdı!!! Aydındırmı, Rəhim Qazıyev?!.
Səlahiyyətlərimdən əl çəkməyə o şərtlə razı oldum ki, Lacınlı əsgərlərin əlindən mənim əldə etdiyim silah-sursat alınmasın!!! Amma artıq döyüşün təskili və idarə olunması Elbrus Orucovun əlində idi və nəticəni də bilirsiniz!!! Mənim silah-sursatın Lacınlı əsgərlərin əlində qalmasına nail olmagım isə minlərlə Lacınlını real ölümdın xilas etdi!!! Və mənə əmrə tabe olmamagım haqqında icrasında ÖLÜM HÖKMÜ nəzərdə tutan maddə, məhz silahların Laçınlı əsgərlərdən aınıb anbara doldurulmasını nəzərdə tutan XƏYANƏTKAR əmrin icrasına mane olmağıma görə verilmişdi !!! Sen ki. bunların hamısını bilirsən Rəhim Qazıyev!!!”
P.S. Müraciətdə adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...
P.P.S. Müzakirə edilən məsələnin məğzininn oxuculara daha aydın olması üçün Moderator.az Rəhim Qazıyev və Camal Əhmədovun sözügedən debatının video-yazısını da təqdim edir.