Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov bu gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılacaq.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dəfn mərasimində "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov da iştirak edəcək.Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.