Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sürücülük vəsiqəsinin yerində dəyişdirilməsi üçün “ASAN” xidmət əməkdaşının çağırış xidmətini işə salıb.
Bu barədə cümə axşamı Trend-ə “ASAN” xidmətdən məlumat verilib.Hazırda Bakı ərazisində sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə səyyar xidmət həyata keçirilir. Agentliyin səyyar xidmətindən istifadə etmək üçün 9108 qısa nömrəsindən istifadə etmək olar.
“ASAN” xidmətdən verilən məlumatda deyilir: “Paytaxtda yaşayan və ya işləyən vətəndaş bu əməliyyatı həyata keçirmək üçün səyyar “ASAN” xidməti əməkdaşını çağıra bilər. Xidmət ödənişlidir. Xidmətin qiyməti 90 manatdır (ƏDV-siz)”.