AMEA-da daha bir kadr dəyişikliyi olub.
Report xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.Bu haqda qərar AMEA Rəyasət Heyətinin mayın 20-də keçirilən iclasında qəbul edilib. Digər qərarla isə AMEA Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva öz xahişi ilə vəzifəsindən azad edilib.