ABŞ-ın Nevada ştatında 28 may - Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın Nevada ştatında 28 may - Azərbaycan Milli Günü elan edilib backend

ABŞ-ın Nevada ştatında 28 may - Azərbaycan Milli Günü elan edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, bununla bağlı ştatın qubernatoru Brayan Sandoval və dövlət katibi Barbara Çegavski tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə bildirilir ki, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis edib və İslam dünyasında ilk dünyəvi parlamentar dövlət qurub.

Həmçinin, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini və suverenliyini möhkəmləndirdiyi vurğulanaraq, hər il ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Milli Gün olaraq qeyd etdiyi bildirilir.
Diaspora