Özünün yandıran Qarabağ döyüşçüsü ilə bağlı reaksiya – Mehdi Mehdiyev

Özünün yandıran Qarabağ döyüşçüsü ilə bağlı reaksiya – Mehdi Mehdiyev backend

Mirtahir Mürsəlovun özünü yandırması ailə münaqişəsi zəmnində baş verib.

Xəbər verdiyimiz kimi, mayın 19-da Cəlilabad rayon polis idarəsinin qarşısında özünü yandıran Qarabağ döyüşçüsü və 20 Yanvar iştirakçısı Mirtahir Mürsəlov dünən Bakı şəhəri 5 saylı xəstəxanada dünyasını dəyişib.

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev Qaziler.az saytına açıqlamasında bu hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və Mirtahir Mürsəlovun onun rəhbərlik etdiyi təşkilatın üzvü olmadığını deyib.
M.Mehdiyev həmçinin qeyd edib ki, onda olan məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.
Diaspora