Yanan binada yaşayan 8 ailə pansionatda yerləşdirilib

Yanan binada yaşayan 8 ailə pansionatda yerləşdirilib backend

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın yanması nəticəsində evlərindən çıxan 16 ailə kirayə mənzillərdə yerləşdirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, daha 8 ailə pansionatda yerləşdirilib: “Qohumlarının evində məskunlaşan digər ailələr müraciət etdikcə onların da istəkləri yerinə yetiriləcək”.

Binəqədi RİH-dən bildirilib ki, sakinlərə dəymiş maddi ziyanın hesablanması prosesi davam etdirilir.
Diaspora