Bu dəqiqələrdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunur.
BakuPost xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Onların evlərinin sökülməsi mart ayında baş verib. Qonşularının dediklərinə görə həmin ərazini "Yusifoğlu MMC" alıb. Yəni, əslində, problem komitə ilə bağlı deyil, həmin tikinti şirkəti ilə bağlıdır. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın probleminin həlli üçün müvafiq addımlar atılacaq”.
Hadisə araşdırılır. Ətraflı məlumat veriləcək.
Qaziler.az saytına daxil olan məlumata görə, Pekin olimpiadasinin mukafatçısı, dəfələrlə Dünya ve Avropa çempionu Füzuli rayonundan məcburi köçkün Natiq Hüseynov, Cəbrayil, Laçin, Ağdam rayonlarından olan 27 məcburi koçkun ailə, ümumilikdə, 100-ə yaxın məcburi köçkün Nizami rayon Babək prospekti 87 ünvanda yerləşən yataqxanadan zorla köçürülüblər. Bu günə kimi onların mənzil problemi həllini tapmayıb. "Yusifoğlu MMC" tərəfindən guya qəzali adi ilə sokülən yataqxananin yerində tikilən binanin arxasinda duran kimlərdir? Niyə bu insanlarin elementar mənzil, yaşamaq hüququnu nəzərə almırlar? Dəfələrlə Nazirler Kabinetinə muraciət olunsa da "gözəgörunməz qara qüvvələr imkan vermir" cavabinı aliblar. Sabah digərləri özünü binanın üstündən, körpüdən atsa, kiməsə xətər yetirsə demədi deməyin. Buna bir əncam çəkin!