Bu gün saat 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” filmi təqdim olundu
Qaziler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər və unudulmayan tarix filminin çəkilməsi”layihəsi çərçivəsində 4 ay müddətində çəkilən bu sənədli film 1918-ci il soyırımlarından bəhs edir.Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru, Mübariz Nağıyevdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan və soyqrımlar zamanı dünyasın dəyişən soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra film haqqında ssenar müəllifi Əkrəm Bəydəmirli məlumat verdi.
Müəllifin verdiyi məlumata görə, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə araşdırılıb. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Bu il nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.
Daha sonra film nümayiş olundu. Tədbirə qatılan tanınmış jurnalist, QHT sədri Rey Kərimoğlu, Təhmasib Novruzov, Sultan Əzimzadə, Cəlil Xəlilov, Tahirə Məmmədova, sənətşünas Ziyadxan Əliyev, Ədalət Məhərrəmov, Naibə Behbudova, Əlisəfa Mehdiyev, İsveçdə yaşayan soydaşımız Abulla Cavanşır, Azərbaycan Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Gəray Dadaşov, Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalan və digər şəxslər, dövlət və QHT təmsilçiləri “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilməsini müsbət dəyərləndirərək təklif və mülahizələrini bildirdilər. Çıxış edən şəxslər, xüsusilə, Rey Kətimoğlu belə filmlərin çəkilməsinin zəruri olduğunu və yetərincə, maliyyə dəstəyi göstərilməsinin vacibliyini bildirdi.
Sonda təbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi