Daha bir Qarabağ qazisi vəfat etdi - GÖYÇAYDA

Daha bir Qarabağ qazisi vəfat etdi - GÖYÇAYDA backend

QAZİLER.AZ saytı xəbər verir ki, 2 – ci qrup Qarabağ qazisi Bəkirov Bəkir Şahnəzər oğlu vəfat edib.

B.Bəkirov 1975-ci il, martın 6 da Göyçay rayonunda anadan olub. Ağdam-Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. İki dəfə yaralanıb.

Əldə etdiyimiz məlumata görə, o, Qarabağda aldığı yaranan nəticəsində orqanizmində yaranmış problemlər səbəbindən dünyasını dəyişib.

Özündən sonra 2 övladı qalıb.

Qeyd edək ki, Bəkir Bəkirli Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin qardaşıdır.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birlikləri, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun, “QAZİLER.AZ” saytının kollektivi Bəkir Bəkirovun vəfatından kədərləndiyini bildirir, onun ailəsinə, yaxınlarına, o cümlədən Asif Bəkirliyə dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!