Milli Mətbuat Günü ilə bağlı Qaziler.az-ın əməkdaşı mükafatlandırıldı

Milli Mətbuat Günü ilə bağlı Qaziler.az-ın əməkdaşı mükafatlandırıldı backend

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.

Qaziler.az saytı bildirir ki, Milli Mətbuat Günü münasibətilə saytın əməkdaşı Əntiqə Rəşid mediada Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin, qacqın və məcburi köckünlərin problemlərinin araşdırılmasında və işıqlandırılmasında göstərdiyi xidmətlərə görə, Qarabağ Qaziləri İctimai Birliyi tərəfindən fəxri DİPLOM-a layiq görülüb.

Qeyd edək ki, Ə.Rəşid Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. 2002-ci ildən müxtəlif media qurumlarında calışıb. Bu illər ərzində jurnalist kimi göstərdiyi aktiv fəaliyyətə görə müxtəlif fəxri fərman və təşəkkürnamələrə layiq görülüb. Ailəlidir, bir övladı var.

Saytın əməkdaşları Əntiqə xanımı ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları və ən önəmlisi Qarabağ elində yazıb-yaratmağı arzulayırlar.

QAZİLER.AZ