Millət vəkilindən gənclərə çağırış

Millət vəkilindən gənclərə çağırış backend

"Dəfinə" liseyində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə “Gənclər və sosial şəbəkələr” mövzusunda geniş tədbir keçirilib.

Qaziler.az xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Arzu Bağırova bildirib ki, uşaqlar və gənclər vaxtlarının böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu, hamını ciddi narahat etməlidir.

Millət vəkili Qənirə Paşayeva da çıxışında gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb:

“Gənclərimiz sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizəyə sərf etməlidir”.

Millət qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri onlardan vətən sevgisi örnəyini almağa səsləyib:

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. Ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə böyük vəzifələr düşür. Dövlətin, millətin inkişafı gənclərlə bağlıdır. Unutmayaq ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir”.

Millət vəkili Rəşad Mahmudov da geniş çıxış edib və gənclərə bir sıra tövsiyyələrini səsləndirib.

Tədbirin sonunda Qənirə Paşayeva və Pəşad Mahmudov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova şagirdləri maraqlandıran sualları da cavablandırıblar və geniş fikir mübadiləsi olub.
Diaspora