Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub backend

Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Diaspora