Ali təhsil müəssisələrinin V ixtisas qrupu və kolleclərin ( 9 və 11 iliik bazada) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 11 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.9 illik bazada kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları iyulun 23-dən avqustun 9-dək keçiriləcək.
Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən “Memarlıq” ixtisası üzrə qabiliyyət imtahanları iyulun 31-dən avqustun 2-dək keçiriləcək. Qeydiyyat 21- 24 iyul tarixlərində aparılacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə iyulun 30-dan avqustun 3-dək keçiriləcək.