QAZİLER.AZ saytı xəbər verir ki, bu gün səhər ağır yanıq dərəcəsi ilə Bakıdakı 5 nömrəli xəstəxanaya çatdırılan Qarabağ müharibəsi döyüşçüsü və 20 Yanvar hadisələri iştirakçısı Mirtahir Mürsəlov indilərdə xəstəxanada dünyasını dəyişib. Bu barədə saytımıza mərhumun qardaşı Mirkamil Mürsəlov məlumat verib.
QAZİLER.AZ saytı xəbər verir ki, o, dünən axşam Cəlilabad rayon polis idarəsinin qarşısında ailəsinə qarşı olunan haqsızlıqlara etiraz əlaməti olaraq özünü yandırmışdı. Allah rəhmət eləsin!