Mingəçevir İES qəzası: səbəb nə vaxt açıqlanacaq? - Video

Mingəçevir İES qəzası: səbəb nə vaxt açıqlanacaq? - Video backend

Mingəçevir İES-dəki qəza ilə bağlı hər gün Komissiyanın iclası keçirilir və qarşıya qoyulmuş konkret tapşırıqların icra vəziyyəti təhlil edilir.

Prosesin qısa müddətdə yekunlaşdırılaraq ölkə Prezidentinə məruzə edilməsi nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva bildirib.

“Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış dövlət komissiyası Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərinin araşdırılması ilə yanaşı, gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planının hazırlanması, Mingəçevir İstilik Elektriik Stansiyanın təftişi prosesinə beynəlxalq auditin cəlb edilməsi, eləcə də ölkəmizin bütün enerji sisteminin təhlilində beynəlxalq, bu sahədə peşəkar qurumların iştirakının təmin edilməsi ilə bağlı fəaliyyətini davam etdirir. Bu tədbirlərin həyata keçirilməsi üçün artıq işçi qrupu yaradılıb, yerli və beynəlxalq ekspertlər bu prosesə cəlb olunub.

Ölkənin enerji sisteminin etibarlığı və dayanaqlığının təmin edilməsi üçün zəruri tədbirlər müəyyənləşdirilir, intensiv araşdırmalar aparılır. Stareji obyektlərin enerji ilə təminatının alternativ mənbələrlə təmin olunması ilə bağlı təkliflər hazırlanır”, – o bildirib.

Qeyd edək ki, Mingəçevir İES-də baş vermiş qəzadan sonra Prezident İlham Əliyevin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

">
Diaspora