Prezident İlham Əliyev: Gəncədəki qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir

Prezident İlham Əliyev: Gəncədəki qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir backend

Gəncədəki qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir.

Trend-in məlumatına görə, bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir:

"Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız var, onların arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da olub. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin!"

İlham Əliyev bildirib ki, bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə bu qanlı terror aktları törədilib".

Prezident bildirib ki, bu terror aktları dini şüarlar altında törədilib: "Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh dinidir, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.
Diaspora