5 saylı polis bölməsində qərargah yaradıldı – 24 SAAT FASİLƏSİZ

5 saylı polis bölməsində qərargah yaradıldı – 24 SAAT FASİLƏSİZ backend

Dünən Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Prezident sərəncam imzalamışdı.

Sərəncama əsasən, baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını , zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsi, yaşayış binasının sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Sərəncamın icrası üçün dünəndən etibarən Binəqədi rayon Polis İdarəsinin 5 saylı polis bölməsində qərargah yaradılıb. 24 saat fasiləsiz işləyən qərargahda bu gün də sakinlərin qeydiyyata alınması davam edir.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Lent.az-a açıqlamasında deyib ki, dünəndən başlayaraq vətəndaşlara 1000 manat müvəqqəti vəsait ödənilib. Sakinlərin nəzərdə tutulan ayrı-ayrı yerlərdə müvəqqəti yerləşdirilməsinə, kirayə evlərlə təmin olunmasına başlanıb. Məktəbə gedən uşaqlar üçün xüsusi avtobuslar tutulub.
Diaspora