Qarabağ döyüşçüsü yanıq şokundan ayılmır - XƏSTƏXANADAN

Qarabağ döyüşçüsü yanıq şokundan ayılmır - XƏSTƏXANADAN backend

Bakıda 5 nömrəli xəstəxanada ağır vəziyyətdə olan Qarabağ döyüşçüsü Mirtahir Mürsəlov yanıq şokundan ayılmayıb. QAZİLER.AZ saytının əməkdaşı hazırda xəstəxanadadır. Əməkdaşımızın verdiyi xəbərə görə, döyüşçünün həkimi İsgəndər İsgəndərov bildirib ki, Mirtahir Mürsəlova A 3 B dərəcəli 75-80 fazili yanıq diaqnozu qoyulub.

Döyüşçünün yuxarı tənəffüs orqanları bütünlüklə yanıb. Həkim onu da bildirib ki, hazırda o, yanıq şoku dövrünü yaşayır. Bu, çox ağır yanıq şokudur, təzyiqi təyin etmək olmur.

Həkimin dediyinə görə, bir çox xəstələr belə ağır yanıq şokundan ayıla bilmir.

Həkim onu da qeyd edib ki, vəziyyətlə bağlı bütün aidiyyatı orqanlara məlumat verilib.

Lakin xəstəxanada olan əməkdaşımız bildirir ki, hələ ki, heç bir dövlət qurumundan xəstəxanaya gələn olmayıb.

Qeyd edək ki, Mirtahir Mürsəlov ona və ailəsinə qarşı edilən haqsızlıqlara görə, dünən axşam Cəlilabad rayon polis idarəsinin qarşısında özünü yandırıb.

QAZİLER.AZ
Diaspora