Bu gündən köçürülmə prosesinə başlanılıb
Bakının Nərimanov rayonu ərazisində yerləşən binanın zirzəmisində məskunlaşan məcburi köçkünlər Qobuya köçürülür.
Həmin məcburi köçkünlər Qobu qəsəbəsində yerləşən “Qobu Park” yaşayış massivində yaşayacaqlar.
Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov REAL-a müsahibəsində köçürülmə prosesi barədə danışıb.