Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq “Bakı-2015” Avropa oyunları ilə bağlı bu gün Şəmkirdə planlaşdırılan “Alov festivalı” ləğv olunub. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, məşəl sadəcə proqrama əsasən regiondan keçəcək.Yanğınla əlaqədar Şəmkirdə “Alov festivalı“ təxirə salındı

