3 yaşlı Fərəh Xaçmazda torpağa tapşırılacaq. Dünən Binəqədi rayonu, Azadlıq prospektində yanan binada dünyasını dəyişənlərin harada dəfn ediləcəyi bəlli olub.
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Lent.az-a açıqlamasında deyib ki, dünyasını dəyişən şəxslərdən ikisi Binəqədi rayonunda dəfn ediləcək.Şöbə müdiri qeyd edib ki, dünyasını dəyişən digər şəxslər doğulduqları və ya yaxınlarının dəfn edildikləri rayonlarda torpağa tapşırılacaqlar: “Balaca Fərəh Xaçmazda dəfn ediləcək. Yas mərasimi isə Qubada veriləcək. Ölkə başçısının göstərişinə əsasən hər bir dəfn mərasimi və dəfnin xərcləri müvafiq rayon icra hakimiyyəti tərəfindən qarşılanacaq”.
Dünyasını dəyişənlərdən iki nəfəri isə Hacıqabulda dəfn ediləcək.