Son bir ayda 142 - “Çağrı mərkəzi” tərəfindən 12,1 mindən çox müraciət cavablandırılıb
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, cari ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.Müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini sorğu xarakterli müraciətlər təşkil edib.
Sorğuların hər biri nazirliyin aidiyyəti sahələr üzrə mütəxəssisləri tərəfindən operativ və ətraflı cavablandırılıb. Araşdırılması tələb olunan sorğular nazirliyin aidiyyəti struktur bölmələrində baxılıb və müvafiq tədbirlər görülüb.
SMS-məlumatlandırma xidməti də davam etdirilərək, ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 34611 SMS göndərilib.