Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəlib.
AzNews.az xəbər verir ki, bu barədə AzVision.az-a Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.İcra rəsmisi bildirib ki, ölkə başçısı səhər saatlarında hadisə baş verən əraziyə baş çəkib.
“İlham Əliyev bu gün səhər saat 9-10 radələrində hadisə baş verən əraziyə baş çəkdi. Müvafiq qurumlara hadisə ilə bağlı tapşırıqlarını verdi”.