Dünən 1 saylı poliklinikada şəhid ailəsinə qarşı hörmətsizliyə görə Səhiyyə Nazirliyinə şikayət edilib.
Bu barədə Şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova Qaziler.az saytına məlumat verib.Almaz Zeynalova bununla bağlı Səhiyyə Nazirliyinə şikayətlə müraciət edib. Nazirliyin Məmməd adlı məsul işçisi Almaz Zeynalovanı qəbul edərək şikayətini dinləyib və ilk növbədə nazirliyin adından ondan və şəhid ailələrindən üzr istəyib. Nazirliyin əməkdaşı Kübra Cabbarovanın yaxşı kadr olduğunu, onunla bağlı şikayətin gözlənilməz olduğunu, bundan təəssüfləndiyini bildirərək məsələnin araşdırılaraq tədbir görüləcəyini söyləyib.
Xatırladaq ki, Almaz Zeynalova bir şəhid ailəsinin problemini həll etmək məqsədilə 1 saylı poliklinikaya getmiş, orada Kübra Cabbarova adlı qadın tərəfindən şəhid ailəsinə qarşı hörmətsizliklə qarşılaşmışdır. Şəhid adına sayğısızlıq göstərən Kübra Cabbarova hətta: "Xanım, mən şəhid ailəsinin problemini həll etmirəm. Mən də şəhid ailəsiyəm, indi mən də idarələrə gedib yardım almalıyam?" - deyə Almaz Zeynalovanı demək olar ki, qapıdan qovub.