102 nəfər Nabrana yola salınıb
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi hər il əlillərin asudə vaxtlarının təşkili məqsədi ilə ölkə daxilində yerləşən istirahət mərkəzlərinə göndərişlər verir. Göbdərişlər əlilliyi olan şəxslərin müraciətləri əsasında növbəlilik prinsipi ilə verilir. Bu gün daha 102 nəfər Nabrana istirahətə göndərilib.Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov bildirib ki, sosial reabilitasiya məqsədi ilə bu insanların istirahəti digər insanlarla birgə təşkil olunur.
Bu il üçün göndərişlərin verilməsinə iyunun əvvəlindən başlanılıb və yayın sonuna qədər davam edəcək.
Bu gün ölkə üzrə 600 mindən çox əlilliyi olan şəxs var. Onlardan istəniləni müraciət edib növbəyə dura bilər. Nazirlik həmçinin il ərzində 5 minə yaxın əlilliyi olan şəxsə sanatoriya-kurort göndərişləri verir.
Artıq 1100-dən çox əlilliyi olan şəxs bu xidmətdən yararlanıb. Sanatoriyalarda həmin şəxslərin istirahəti ilə yanaşı müalicələri də aparılır.