Bu gün şəhid ailəsinə qarşı daha bir hörmətsizlik baş verib.
Bu barədə Şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova Qaziler.az saytına məlumat verib.O bildirib ki, bu günlərdə bir şəhid ailəsinin problemini həll etmək üçün 1 saylı şəhər poliklinikasına gedib. Baş verənlərlə bağlı Almaz Zeynalova bunları deyib: “Hələlik bəzi məsləhət almaq üçün poliklinikaya getdim. Kübra Cabbarova adlı qadın xeyli gözlətdikdən sonra mənim fikrimi sona qədər dinləmədən: "Xanım, mən şəhid ailəsinin problemini həll etmirəm. Mən də şəhid ailəsiyəm, indi mən də idarələrə gedib yardım almalıyam?"- deyib. Mən oturduğum halda o, əlini atıb qapıya ki, çıxın, mənim vaxtım yoxdur. Lap şəhid ailəsi deyil, sıradan biridir, insanlara qarşı bu münasibət nə deməkdir? İndi qəribə bir vəziyyət yaranıb: hamı deyir ki, mən şəhid ailəsiyəm. Bu yolverilməzdir“.
Almaz Zeynalova bildirib ki, bununla bağlı səhiyyə nazirliyinə şikayətə gedib.
Mövzunu diqqətdə saxlayacayıq.