Bakının bu küçələrində sıxlıq var - Xəbərdarlıq

Bakının bu küçələrində sıxlıq var - Xəbərdarlıq backend

Sərnişindaşımada mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.

Bu barədə bakı Nəqliyyat Agentliyindən Axar.az-a daxil olan məlumatda bildirilir. Qeyd edilir ki, görülən təcili təxirəsalınmaz tədbirlər nəticəsində Qara Qarayev prospekti boyunca, xüsusən bu istiqamətdə olan metrostansiyaların ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normallaşmaqdadır.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal faliyyət göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var ki, bu da yollardakı sıxlıqla bağlıdır.

Bununla yanaşı, Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir. Bunun da avtobusların hərəkətinə mənfi təsirini azalatmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir.

Metronun “20 Yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən narahatlıq müşahidə edilirdi, artıq bu ərazilərdə də vəziyyətə tam nəzarət edilir. Buradan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar.
Diaspora