33 qəzetə maliyyə yardımı ayrıldı - SİYAHI

33 qəzetə maliyyə yardımı ayrıldı - SİYAHI backend

İyunun 29-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Hurriyyet.org-un məlumatına görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

Fondun icraçı direktoru Vüqar Səfərli müzakirəyə çıxarılan məsələlər barədə danışarkən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiyini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.

Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov - sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti:

1."Kaspi” qəzeti -60 000

2."Yeni Azərbaycan” qəzeti-60 000

3."Səs” qəzeti-60 000

4."Mövqe” qəzeti-60 000

5."Ədalət” qəzeti-60 000

6."525-ci qəzet”-60 000

7. "Bakı-Xəbər” qəzeti-60 000

8."Yeni Müsavat” qəzeti-60 000

9."Kaspiy" qəzeti-60 000

10."Ekspress” qəzeti-60 000

11."Palitra” qəzeti-60 000

12."Paralel” qəzeti-40 000

13."Həftə içi” qəzeti-40 000

14."Azad Azərbaycan” qəzeti-40 000

15."Şərq” qəzeti-40 000

16."Xalq Cəbhəsi” qəzeti-40 000

17."Futbol+Qol” qəzeti-40 000

18."Bizim Yol” qəzeti-40 000

19."Olaylar” qəzeti-40 000

20."Novoye Vremya” qəzeti-30 000

21."Futbol+” qəzeti-30 000

22."Üç Nöqtə” qəzeti-30 000

23."Azernews” qəzeti-30 000

24."Unikal” qəzeti-20 000

25."Olimpiya Dünyası”qəzeti-20 000

26."Oxu məni” qəzeti-20 000

27."Hürriyyət" qəzeti-20 000

28."Reytinq" qəzeti-9 000

29."Təhsil Problemləri" qəzeti-9 000

30."The Business Times" qəzeti-9 000

31."Hərbi And" qəzeti-9 000

32."Türküstan" qəzeti-9 000

33."İqtisadiyyat" qəzeti-9 000

CƏMİ

33 Redaksiya

1.234.000

Diaspora