Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.Dövlət ittihamçısı çıxışında Kəmalə Ağazadəyə 4 illik cəza istəyib. Prokuror onun barəsində polis nəzarətində olma qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəzlənməsini tələb edib.
Proses iyulun 6-da davam edəcək.
Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.
Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ittihama münasibət bildirən Kəmalə Ağazadə özünü təqsirli bilməyib.