Lerik zəlzələsi ilə bağlı AÇIQLAMA: Dağıdıcı zəlzələ gözlənilirmi?

Lerik zəlzələsi ilə bağlı AÇIQLAMA: Dağıdıcı zəlzələ gözlənilirmi? backend

Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir.

Bu sözləri teleqraf.com-a açıqlmasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Azərbaycan seysmik aktiv zonada yerləşir: “Xırda təkanlar hər gün baş verir. Bundan sonra da bu cür təkanların olma ehtimalı yüksəkdir. Lerikdə baş vermiş zəlzələ güclü təkan deyil. Bu baxımdan əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur. 7-9 bal arasında təkanlar baş verərsə, müəyyən dağıntılara səbəb ola bilər”.

Qeyd edək ki, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.
Diaspora