Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib

Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib backend

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"'ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

Hələlik Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin də təyin edilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin birinci müavini təyin edilib.

Qeyd edək ki, İ. Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu. Bu təyinata qədər İ.Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Diaspora