Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak edən “Türk Ulduzları”nın aviaşousundan maraqlı görüntülər yayılıb.
BAKU.WS-in məlumatına görə, Bakıya Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri gəlib.Təyyarələr Bakı səmasında öz bacarıqlarını göstərib. “Türk Ulduzları” paraddan sonra paytaxt sakinlərinə əsl şou təqdim edib.
Qeyd edək ki, iyunun 26-da hərbi paraddan sonra saat 12.30-da “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.