Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev hadisə yerində

Kəmaləddin Heydərov və Zeynal Nağdəliyev hadisə yerində backend

Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb/

Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini Zeynal Nağdəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Binəqədi rayonu ərazisində yanmış binanın ərazisinə gəliblər.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, Zeynal Nağdəliyev və Kəmaləddin Heydərov hadisə yerinə baxış keçiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalibov son vəziyyətlə bağlı onları məlumatlandırıb.

Rəsmilərə yanğının fəsadları barədə tərtib olunmuş aktlar təqdim olunub.

Qeyd edək ki,fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Özbəkistana səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.
Diaspora