Xəbər verildiyi kimi, iyunun 25-də Xocalı soyqırımını ilk lentə alanlardan biri olan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlü vəfat edib.
Bu gün isə (İyunun 26-da) o, Buzovna qəbiristanlığında dəfn edilib.Sabah - iyunun 27-də isə Buzovnada “Əli ayağı” deyilən yerdəki məsciddə yas mərasimi olacaq. Yas mərasimi saat 13:00-a qədər qadınlar, 13:00-da sonra isə kişilər üçün olacaqdır.
Bu barədə Qaziler.az saytına mərhumun ailəsindən məlumat daxil olub.
QAZİLER.AZ