Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu gün Bakı şəhəri, Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölən və xəsarət alanların yaxınlarına başsağlığı verib.
Trend-in məlumatına görə, səfir bildirib: "Gürcüstan xalqı, ölkə hökuməti və səfirliyin adından Azərbaycan xalqına, yanğında ölən və xəsarət alanların yaxınlarına başsağlığı verirəm. Ümid edirəm ki, bu cür faciə bir daha təkrarlanmayacaq".Qeyd edək ki, yanğın nəticəsində 14 nəfər ölüb, 34 nəfər xəstəxanalara yerləşdirilib.