Qarabağ həqiqətlərindən yazan pribaltikalı jurnalistin Seyidağa Mövsümlünün vəfatı ilə bağlı paylaşımı

Qarabağ həqiqətlərindən yazan pribaltikalı jurnalistin Seyidağa Mövsümlünün vəfatı ilə bağlı paylaşımı backend

Pribaltikalı jurnalist Riçard Lapaitis özünün "facebook" səhifəsində Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator, Qarabağ qazisi Seyidağa Mövsümlünün vəfatı ilə bağlı paylaşım edərək öz üzüntüsünü bildirib.

Qaziler.az bildirir ki, əcnəbi jurnalist paylaşımında azərbaycanlı hərbi operatorun vəfatından kədərləndiyini bildirərək bunları yazıb: "Həmişə yaxşı insanlar dünyadan köçəndə çətin olur...Ancaq onun keçdiyi ömür yolunu biləndə belə bir təmiz insanın bu dünyada yaşadığı üçün fəxr hissi keçirirsən.

Mən Seyidağa ilə Xocalı soyqırımından dərhal sonra Ağdamda tanış olmuşdum. O, sağ qalan qaçqınların arasında idi. Elə vəziyyətdə idi ki, onu sözlə təsvir etmək mümkün deyil.

Sonra biz "Sonsuz dəhliz" sənədli filminin çəkiliş meydançasında görüşdük...

Bir daha onun yaxınlarına və bu gözəl, cəsur və təmiz İNSANı tanıyan hər kəsə dərin hüznlə başsağlığı verirəm!!!"

Xatırladaq ki, 90-cı illərdə Pribaltikanın Qarabağa ezam edilmiş müxbiri olan, Qarabağ həqiqətlərini Pribaltika mətbuatında yayan Riçard Lapaitis həm də Xocalı soyqırımını öz gözləri ilə görərək işıqlandıran jurnalistdir. O, "Xocalı gündəliyi" adlı filmin müəllifidir.



Diaspora