"Avropanın parçalanmasının qarşısını ala bilmirik” – SOS

"Avropanın parçalanmasının qarşısını ala bilmirik” – SOS backend

“Miqrasiya böhranı Avropanı parçalayır”.

Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Polşa prezidentinin dəftərxanasının müdiri Kşiştof Şerskiy bildirib.

“Görünür ki, miqrasiya böhranı Avropanı parçalayır. Bu, həm dövlətlərin öz aralarında, həm də ayrı-ayrı dövlətlərin daxilində cəmiyyətlərdə baş verir. Biz Avropa İttifaqının daxilində miqrasiya böhranını aradan qaldıra bilmirik. Böhranın aradan qaldırılması üsullarını onun doğulduğu yerdə axtarmaq lazımdır”, - o qeyd edib.

Qeyd edək ki, iyunun 24-də Brüsseldə Avropa İttifaqının qeyri-formal görüşü keçirilib. Görüşdə konkret qərarlar qəbul edilməyib, iştirakçılar yalnız qeyri-leqal miqrasiya ilə mübarizə və Avropa İttifaqının sərhədlərinin möhkəmləndirilməsi üzrə ümumi mövqeyi ifadə ediblər.
Diaspora