Sabah bir neçə rayonun qaz təchizatında 6 saat məhdudiyyət olacaq.
SOCAR-dan Axar.az-a verilən məlumata görə, mayın 20-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Morul”, “Çənlibel”, “Zəhmət” və “Gədəbəy”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran-Taxtalar” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.Təmir müddətində Bərdə rayonunun Cəyirli, Gərənə, Divanlı, Kürəli və Qarabağlı, Gədəbəy rayonun Zəhmət, Xarxatan və Moruqlu, Şəmkir rayonunun Morul, Sərxan, Qasımalılar, Şəhidlər və Çənlibel kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bərdə şəhərinin və Şabran rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.