Xəbər verdiyimiz kimi Müdafiə sənayesi naziri Yavər Camalov dünən qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, Yavər Camalovun uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.Modern.az-a mərhumun qohumlarının verdiyi məlumata görə, Yavər Camalov Şüvəlan qəbiristanlığında, oğlunun yanında dəfn olunacaq. Hazırda mərhum nazirimiz son mənzilə yola salınır.
Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Ölkə Prezidentinin 18 mart 2006 - cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Evli idi, 2 oglu var.
Qeyd edək ki, Yavər Camalovun 44 yaşlı oğlu Rövşən Camalov ötən ilin sentyabrında Türkiyədəki özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən dünyasını dəyişib.
Allah rəhmət eləsin...