Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Əbülfəz Elçibəy – 80” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Modern.az-ın məlumatına görə, müsabiqədə tanınmış jurnalistlər Ləman Ələşrəfqızı (1-ci yer), Jalə Mütəllimova (2-ci yer), Səbuhi Məmmədli (3-cü yer) Kəramət Böyükçöl, Cəlil Cavanşir, Azad Qaradərəli, Hikmət Orhun (həvəsləndirici) və başqaları qalib olublar.Müsabiqə üçün nəzərdə tutulmuş mükafat fondu 1-ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat, qalan 10 həvəsləndirici yer üçünsə 100 manatdır.