Hazırda hadisə ilə bağlı universitet rəhbərliyi iclas keçirir
Sumqayıt Dövlət Universitetinin əsas binasının giriş hissəsinin tavanı uçub.REAL xəbər verir ki, tavanın uçmasının görüntüləri social şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb. Həmin vaxtı universitetin həyətində tələbələr olub.
Sumqayıt Dövlət Universitetindən REAL-a verilən məlumata görə, baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.
“Hadisə dünən günorta saatlarında baş verib. Hazırda hadisə ilə bağlı universitet rəhbərliyi iclas keçirir. Bütün rəsmi şəxslər, müəllim heyəti icasdadır. Hadisənin səbəbləri araşdırılır”