Dövlət xidmətindən əcaib açıqlama: "Zəhərlənmə olmadığı üçün monitorinq keçirməmişik"

Dövlət xidmətindən əcaib açıqlama: "Zəhərlənmə olmadığı üçün monitorinq keçirməmişik" backend

Artıq yayın əsas bostan bitkilərindən sayılan qarpız və yemiş bazarlara ayaq açmağa başlayıb.

Hər ilin bu fəsilində müxtəlif səbəblərdən əhali arasında qida zəhərlənməsinin ən populyar növü- bostan bitkilərindən zəhərlənmə çoxalır.

Məsələ ilə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə saxlamışıq.

Moderator.az-ın suallarını cavablandıran xidmətin mətbuat katibi Rövşən Ziya bostan bitkilərindən zəhərlənmə haqda məlumatının olmadığını bildirdi:

“Bu il zəhərlənmə olmadığı üçün hələ monitorinq keçirməmişik. Konkret bu barədə məlumatım yoxdur. Monitorinqlərimizin nə vaxt başlayacağı haqqında da dəqiq tarix bəlli deyil. “
Diaspora