İşsiz sakinlərinin nəzərinə - Rəsmi

İşsiz sakinlərinin nəzərinə - Rəsmi backend

Nazirlik Xaçmaz və Qobustanın işsiz vətəndaşları üçün əmək yarmarkası keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti sabah Xaçmaz rayonunda (Xaçmaz rayonu, Heydər Əliyev adına Mədəniyyət mərkəzi), mayın 21-də isə Qobustan rayonunda (Qobustan rayon Məşğuluq Mərkəzinin inzibati binası) Əmək yarmarkaları təşkil edəcək.

Həmin rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində müəssisələrdən boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri davam etdirilir. İlkin məlumata görə, yarmarkalar zamanı Xaçmaz rayonunda 23 müəssisə üzrə 360-dan çox, Qobustan rayonunda isə 12 müəssisə üzrə 170 boş (vakant) iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim olunması nəzərdə tutulur.

Yarmarkalar zamanı peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınacaq.
Diaspora