“Heç kəs məsuliyyətdən kənarda qala bilməz”
Qaziler.az ATV.az-a istinadən bildirir ki, Ərşad Hüseynov, bu gün yaşayış binasında baş verən yanğınla bağlı öz münasibətini bildirib.Hüquqşünas: “Məlum faciəli nəticəylə bitən cinayət xarakterli yanğın hadisəsi yerinə gələn hüquq-mühafizə orqanlarının rəhbərləri yəqin ki, qanuni addımlar atılmasına da göstəriş verəcəklər. Özü də burada söhbət heç bir halda sadəcə CM-in 225-ci maddəsindən (yanğın təhlükəsizliyi qaydalarını pozma) gedə bilməz. Bu əməldə 221-1 (özbaşına tikinti işləri aparma), 314 (səhlənkarlıq), 314-2 (qanunsuz tikinti işlərinə icazə vermə) maddələrində və bəzi başqa maddələrində nəzərdə tutulan cinayətlərin də tərkibinin olmasına əminəm. Araşdırmanın predmeti həmin penoplast adlı materialı bu məqsədlə istehsal edənlərin, ondan istifadə edənlərin, ona istifadəyə yararlılıq (xüsusən yanğın təhlükəsizliyi) baxımından sertifikatı verənlərin, bu materiallarla binaların bəzədilməsini layihələndirənlərin, daha sonra bu işlərə icazə verənlərin və həmin işləri icra edənlərin əməlləri olmalıdır. Heç kəs məsuliyyətdən kənarda qala bilməz. İnsan taleyi ilə belə oyun heç kəsə bağışlana bilməz”.-deyə açıqlama verib.