Dünyanın tanınmış “Google” şirkəti onlayn ticarət sahəsinə daxil olur. QAZİLER.AZ-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi xəbərə görə, Rusiya mətbuatına istinadən xəbərinə görə, dünyanın ən böyük İKT şirkətinin Direktorlar Şurası axtarış şəbəkəsi sisteminə yeni xidmət əlavə ediləcəyini bəyan edib.
Belə ki, axtarış şəbəkəsinin pəncərəsinə yeni xüsusi düymə əlavə ediləcək ki, ona basdıqda, istifadəçi bəyəndiyi məhsulu əldə edə biləcək. İstifadəçiyə məhsul seçimi etmək üçün yeni səhifə açılacaq ki, orada da məhsulun ölçüsünü, rəngini və digər mümkün parametrlərini dəyişmək mümkün olacaq.Bu məhsullar isə “Google”nin tərəfdaşları olan “Macy’s”, “Amazon” və “eBay” şirkətləri tərəfindən təqdim ediləcək. Yeni funksiya sınaqdan sonra mobil avadanlıqlarda da istifadəyə veriləcək.