Nazir göstəriş verdi: yaralılar qəbul edilir

Nazir göstəriş verdi: yaralılar qəbul edilir backend

Səhiyyə Nazirliyi Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Axar.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub.

Məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilmisdir. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.

Qeyd etmək istərdik ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlib. İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.
Diaspora