Bakının qorxulu əraziləri: İlanlar və... - Açıqlama

Bakının qorxulu əraziləri: İlanlar və... - Açıqlama backend

Səhiyyə Nazirliyi aprel ayından bu günə qədər baş vermiş ilan zəhərlənmələrinin statistikasını açıqlayıb.

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Teleqraf.com-a bildirib ki, aprel ayının 10-dan sonra mərkəzə gürzə vurmasından zəhərlənmə ilə bağlı 36 müraciət daxil olub. Onlardan 6 nəfəri uşaq, qalanları isə böyük xəstələrdir: “Zəhərlənməyə qarşı ilan zərdabı var, təmannasız olaraq xəstələrə verilib. Ölüm hadisəsi olmayıb. Müraciət edənlərdən 8 nəfər kəskin ağır vəziyyətlə reanimasiyaya yerləşdirilib. Müraciət edən uşaqlardan bir nəfərinin vəziyyəti kəskin-ağır olub”.

Azər Maqsudov tez-tez ilan zəhərlənmələri baş verən təhlükəli ərazilərin adlarını da açıqlayıb.

Onun sözlərinə görə, Yevlax, Bərdə, Kürdəmir, Hacıqabul, Qazax, Şəmkir, Tovuz, Şamaxı regionlarından tez-tez ilan zəhərlənmələri ilə bağlı müraciət edilir. Bakıətrafı ərazilərdən isə Zirə, Xəzər, Qaradağ, Fatmayi, Maştağa, Şüvəlan, Qobu, Qobustan, Güzdəkdə tez-tez belə hadisələr baş verir.

Toksikoloq ötən il ilan zəhərlənmələrinin may ayında başladığını əlavə edib. O deyib ki, bu il hava şəraiti qızmar keçdiyinə görə ilan zəhərlənmələri tez başlayıb.
Diaspora