Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib Bakıda çoxmərtəbəli bina yanır. QAZİLER.AZ-ın Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşir. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Məlumata görə, binanın üzlüyü alışıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev Lent.az-a açıqlamasında deyib ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. Hələlik zərərçəkənlər barədə məlumat yoxdur.