Elton Quliyev haqqında sənədli film çəkildi – “Bir xəyalın gerçəkləşməsi...”

Elton Quliyev haqqında sənədli film çəkildi – “Bir xəyalın gerçəkləşməsi...” backend

QAZİLER.AZ saytı xəbər verir ki, tanınmış vəkil, 2015-ci ildə vəfat etmiş Elton Quliyev haqqında “Bir xəyalın gerçəkləşməsi...” adlı sənədli film çəkilib.

Filmin ideya, ssenari müəllifi və rejissoru İzolda Ağayevadır. Filmin redaktoru Əli İsa Cababrovdur. Müsahibələri tanınmış kinoşünas Sevda Sultanovayla İ.Ağayeva götürüb, səs rejissoru Niyazi Ağayevdir. Filmin mətninin jurnalist Samirə Əhmədbəyli, kadrarxası mətnləri isə Namiq Məmmədov və Cavid Abdullayev səsləndirib. Filmin maliyyə xarclərini E.Quliyevin ailəsi çəkib.

Müəllif bu filmi peşəsinə və vicdanına xəyanət etməyənlərə ithaf edib.

Xatırladaq ki, Quliyev Elton Rasim oğlu 1956-cı il fevralın 28-də Ağdam şəhərində anadan olub. 1962-63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963-1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb. 1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti]]nin hüquq fakültəsinin əyani şöbəsinə daxil olub və 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülmüşdür.

1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləmişdir.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

E.Quliyev ölkənin bir çox qalmaqallı siyasi proseslərdə (O cümlədən 2001-ci ildə Qarabağ qazilərinin işində) vəkil kimi çıxış edərək müdafiə etdiyi şəxslərin hüquqlarını qorumuşdu.

2015-ci ildə uzun sürən xəstəlikdən sonra səhər saatlarında yaşadığı evdə vəfat etmişdi.

Diaspora